Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib.
Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)