Hollivud ulduzlarının bir serialdan hər bölümə görə qazandığı qonorar açıqlanıb.
Milli.Az xəbər verir ki, amerikalı aktyorlar Silvestr Stallone, Cennifer Eniston, Riz Uizerspun və Kris Prett internet üzərindən yayımlanan seriallara görə ən yüksək qonorar alan ulduzlar sırasındadır.
Bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, adıçəkilən aktyorların hər biri bir bölümə görə 2 milyon dollar (təxmini 3,4 milyon manat) qazanır.
Hollivud aktyorlarının bir bölüm üçün aldıqları qonorarlar belədir:
Silvestr Stallone - "Tulsa King" serialına görə 2 milyon dollar (təxmini 3,4 milyon manat).
Cennifer Eniston - "The Morning Show" serialına görə 2 milyon dollar (təxmini 3,4 milyon manat).
Riz Uizerspun - "The Morning Show" serialına görə 2 milyon dollar (təxmini 3,4 milyon manat).
Kris Prett - "The Terminal List" serialına görə 2 milyon dollar (təxmini 3,4 milyon manat).
Kennet Brana - "Laird" serialına görə 1,4 milyon dollar (təxmini 2,38 milyon manat).
Harrison Ford - "Shrinking" serialına görə 1,3 milyon dollar (təxmini 2,21 milyon manat).
Ceyson Siqel - "Shrinking" serialına görə 1,3 milyon dollar (təxmini 2,21 milyon manat).
Kelli Rayli - "Dutton Ranch" serialına görə 1,2 milyon dollar (təxmini 2,04 milyon manat).
Koul Hauzer - "Dutton Ranch" serialına görə 1,2 milyon dollar (təxmini 2,04 milyon manat).
Elizabet Moss - "Shining Girls" serialına görə 1,1 milyon dollar (təxmini 1,87 milyon manat). (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)