M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirildi.
Gecədə solistlər Ülviyyə Hacıbəyova, Səidə Tağızadə, İrina Mehdiyeva, Aytac Rzaquliyeva və Alim Sadıxov (qoboy) çıxışetdilər.
Proqramda J.S.Bach piano və orkestr üçün Konsert d-moll, ikipiano və orkestr üçün Konsert c-moll, D. Cimarosa qoboy vəorkestr üçün Konsert c-moll və W.A. Mozart iki piano və orkestrüçün Konsert Es-dur əsərləri səsləndi.
Konsert barokko və klassik dövrün zəngin ənənələrini, bəstəkarların fərdi üslub xüsusiyyətlərini və kamera orkestrininbədii ifadə imkanlarını nümayiş etdirən rəngarəng musiqiaxşamı kimi yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az