"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb

13 Noyabr 2026 16:45

"Mingəçevir" futbol komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, "Mingəçevir" I Liqada 7 turdan sonra dörd xalla 9-cu pillədə qərarlaşıb. Komanda VII turda "Şahdağ Qusar"la oyuna çıxmadığı üçün texniki məğlubiyyət (0:3) alıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)