Türkiyədə boşanmış cütlüyün ayrılıqdan sonra yaşadığı duyğusal anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, keçmiş ər-arvad avtomobildə birlikdə vaxt keçirərək xatirələrini bölüşüblər. Söhbət zamanı qadın hisslərinə hakim ola bilməyərək göz yaşlarına boğulub. Kişi də bu mənzərədən təsirlənərək kövrəlib.
Maraqlı məqam isə cütlüyün ağlamaqla yanaşı, bir-birini güldürməyə çalışması olub. Ayrılığa baxmayaraq, aralarındakı mehriban münasibəti qoruyub saxlamaları diqqət çəkib.
Görüntülər sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub. İzləyicilərin bir qismi onların dost qalmasını təqdir edib, digərləri isə boşandıqdan sonra belə yaxın münasibət saxlamaqlarını müzakirə mövzusuna çevirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)