Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
"Hoffenhaym"ın 26 yaşlı futbolçusu bu səbəbdən Fransa ilə oyunu buraxacaq.
Qeyd edək ki, Fransa - Türkiyə görüşü noyabrın 15-də keçiriləcək. Türkiyə yığması 5 turdan sonra xalsızdır və A Liqasının qrupunda sonuncudur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)