Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da" sualına maraqlı cavab verib.
T.Bayramov sualı "bir oynamadığım ora qalıb" deyərək cavablandırıb.
Qeyd edək ki, Azərbaycan yığması bu gün Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Komandamız səfərdə Lixtenşteynlə üz-üzə gələcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)