Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü

13 Noyabr 2026 09:57

Ağsu rayonunun Ərəbuşağı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Zaman Piriyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)