Müğənni Aysun İsmayılova bacısı Yana (Yağmur) ilə paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi yenicə bədənşəkilləndirmə əməliyyatı etdirən bacısı ilə birlikdə video çəkərək izləyicilərinə təqdim edib. Görüntülərdə bacıların musiqi sədaları altında rəqs edərək əyləncəli anlar yaşadıqları əks olunub.
Paylaşım izləyicilər arasında maraq doğurub. Yana isə bacısı ilə küsülü olduqları barədə yayılan söz-söhbətlərə münasibət bildirib:
"Sonra da deyirlər ki, küsülüyük", - deyə o, bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)