Türkiyədə bir qadının yeni münasibətdə olduğu sevgilisinə etdiyi bahalı jest sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, cəmi altı aydır birlikdə olduğu sevgilisinin doğum gününü fərqli şəkildə qeyd etmək istəyən qadın ona 12 milyon türk lirəsi dəyərində lüks saat hədiyyə edib.
Bu qeyri-adi sürprizin görüntüləri Ersan Diamond adlı mağazanın sahibi tərəfindən paylaşılıb. Saatın astronomik qiyməti və cütlüyün münasibətinin hələ yeni başlaması izləyicilərin diqqətindən yayınmayıb.
Sosial şəbəkə istifadəçiləri qadının bu qədər qısa müddətdə belə dəyərli hədiyyə almasını müxtəlif fikirlərlə qarşılayıblar. Bəziləri jesti sevginin göstəricisi kimi qiymətləndirsə də, digərləri xərclənən məbləği müzakirə ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)