Türkiyəli məşhur aktrisa Demet Evgar uşaqlığı və ailəsi ilə bağlı səmimi təfərrüatları bölüşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa bu haqda Ahmet Mümtaz Taylanın aparıcısı olduğu *Empati* proqramında danışıb.
Evgar 17 yaşında aktrisa olmaq arzusuna çatmaq üçün aclıq aksiyasına başladığımı və çəkisinin 38 kiloqrama düşdüyünü deyib.
O, bildirib ki, ondan sonra saçları töküldüyü üçün konservatoriyaya qəbul imtahanlarına girərkən parik taxmalı olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)