Türkiyənin Malatya vilayətində helikopter qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, qəza ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında S-70 tipli helikopterin hələlik məlum olmayan səbəbdən qəzaya uğradığı bildirilib.
Aidiyyəti qurumların qəza yerinə çatdığı və axtarış-xilasetmə işlərinə başladığı bildirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)