Fernando Muslera karyerasını bitirir

12 Noyabr 2026 20:25

"Qalatasaray"ın sabiq qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, hazırda Argentinanın "Estudiantes" klubunda çıxış edən uruqvaylı qolkiper Libertadores Kubokunun finalından sonra futbolla vidalaşmağı planlaşdırır.

Bu barədə "El Espectador Deportes" məlumat yayıb.

Mənbənin iddiasına görə, 40 yaşlı qapıçı noyabrın 28-də Braziliyanın "Palmeyras" klubuna qarşı keçirəcəkləri final görüşündən sonra karyerasını bitirəcək.

Həlledici qarşılaşma Uruqvayın paytaxtı Montevideodakı "Sentenario" stadionunda baş tutacaq.

Muslera "Estudiantes"in finala yüksəlməsində mühüm rol oynayıb. O, yarımfinalda "Flamenqo" ilə qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edərək komandasının qələbəsinə töhfə verib.

Qeyd edək ki, təcrübəli qolkiper 2011-2025-ci illərdə "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunun heyətində 8 dəfə Türkiyə çempionu olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)