Antalyada keçirilən COP31 iqlim zirvəsi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji İdarəsi arasında "Bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu" imzalanıb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
O, Çin ilə əməkdaşlığın bərpaolunan enerji sahəsində həcmi artırmaqla yanaşı, həm də texnologiya transferini asanlaşdıracağını deyib: "Ölkəmizə təxminən 15 milyard dollarlıq sərmayə qoyuluşunu nəzərdə tutan bu razılaşma ilə ümumilikdə 7000 meqavat gücündə Günəş və külək enerjisi stansiyaları, həmçinin yeni enerji saxlama sistemləri və 4000 meqavat elektrik kabel infrastrukturunu qurmağı hədəfləyirik".
A.Bayraktarın sözlərinə görə, yeni razılaşma "Türkiyənin "Milli Energiya - 2040" Strategiyasına töhfə verəcək, ölkənin enerji təchizatı təhlükəsizliyini gücləndirəcək və yaşıl transformasiyanı sürətləndirəcək.