“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)

14 Noyabr 2026 06:06

"Survivor" yarışması ilə geniş auditoriya tərəfindən tanınan keçmiş futbolçu Sercan Yıldırım bu dəfə şəxsi həyatı deyil, xarici görünüşündəki dəyişikliklə müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, uzun saçları, hörükləri və idman tərzində geyimləri ilə seçilən Yıldırım yeni görüntüləri ilə izləyicilərinin qarşısına tamamilə fərqli obrazda çıxıb.

İstanbulun səs-küylü həyatından uzaqlaşan keçmiş idmançı sosial şəbəkədə paylaşdığı fotosuna "Həyatı axarına buraxdım" qeydini əlavə edib.

Onun yeni görünüşü sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub və çoxsaylı rəylər alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)