Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)

12 Noyabr 2026 17:00

Bir zamanlar milyonlarla pul qazandığı bildirilən kişinin hazırda küçələrdə ağır həyat şəraiti ilə üzləşməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri bloqer Nail Kəmərli paylaşıb. Videoda səhhətində problem olduğu görünən kişinin vəziyyəti diqqət çəkib. Onun kimliyi barədə isə hələlik ətraflı məlumat verilməyib.

O, təcili tibbi yardım əməkdaşlarının köməyi ilə müayinəyə aparılıb.

Görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)