Xəbər verdiyimiz kimi, mediator Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və hakim qarşısına çıxarılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Türkər Əliyevanın adı bu ilin avqust ayında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə qalmaqalda hallanmışdı. Həmin vaxt Türkər Əliyeva idarədə sənədi cıraraq, əməkdaşın üzünə çıprmaqla gündəmə gəlmişdi. Hətta vəziyyəti dramatikləşdirmək üçün hadisə "üzərində dövlət gerbi olan rəsmi sənədi cırdı" kimi təqdim edilmişdi.
Qazi olduğunu bildirən şəxsin ona sərt şəkildə etirazını bildirməsi və aralarında yaranan mübahisə də general qızının əleyhinə işləmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)