Bakıda yanan 64 yaşlı kişi öldü

12 Noyabr 2026 15:02

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 14 radələrində Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)