"Prezident Ərdoğanla çox konstruktiv görüşümüz oldu və çox müsbət dialoqumuz var. Münasibətlərimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik".
Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada türk jurnalistin sualını cavablandırarkən bildirib.
Paşinyan regional əlaqə kontekstində iki ölkə arasında tərəfdaşlığa əhəmiyyət verib-verməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, "İndi ölkələrimiz arasında dəmir yolunu təmir edib yenidən açmalıyıq və biz bunun üçün çalışırıq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)