Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"

12 Noyabr 2026 14:50

Aparıcı-aktyor Sərxan Kərəmoğlu ölümündən sonra cənazəsi ilə bağlı istəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" verilişində danışıb. O bildirib ki, xarici ölkələrdən birində vəfat edəcəyi təqdirdə nəşinin Azərbaycana gətirilməsini istəmir. Kərəmoğlunun arzusu kremasiya olunmaqdır.

Övladlarının xaricdə yaşadığını və özünün də tez-tez səfərlərə çıxdığını deyən sənətçi dünyanın istənilən yerində həyatını itirə biləcəyini vurğulayıb.

"Vəsiyyətim var. Övladlarım xaricdə yaşayır. Xaricə tez-tez gedib-gəlirəm. Dünyanın hər bir yerində rəhmətə gedə bilərəm. Mənim cənazəmi Azərbaycana gətirən kafirdir. Azərbaycana cənazəm gəlməməlidir. Əgər Rusiyada və ya başqa yerdə dünyamı dəyişsəm, cəsədimi yandırsınlar. Azərbaycanda kremasiya yoxdur. Arzum budur ki, haradasa vəfat edim və cəsədim kremasiya edilsin. Cürümək istəmirəm", - deyə Sərxan Kərəmoğlu bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)