Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi

12 Noyabr 2026 12:16

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib.

2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)