Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

12 Noyabr 2026 11:52

Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, ölkədə yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı 264 nəfərdir:

"Onların 35-i kişi, 229-u qadındır. Ən yaşlı şəxsin 122 yaşı var və qadın pensiyaçıdır".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)