“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)

12 Noyabr 2026 13:31

"Aşk-ı Memnu" serialından tanıdığımız türkiyəli aktrisa Zerrin Tekindor bu dəfə yeni fotosessiyası ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi "Alem" jurnalının çəkilişi üçün müxtəlif obrazlarda kamera qarşısına keçib. Fotosessiya zamanı seçdiyi geyimlər və fərqli üslubu ilə diqqət çəkən aktrisanın yeni görüntüləri maraqla qarşılanıb.

Xatırladaq ki, Zerrin Tekindor "Aşk-ı Memnu"da Matmazel, "Kuzey Güney", "Kara Sevda" və "Şahin Tepesi" seriallarındakı rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)