Fransanın paytaxtı Parisdə Yelisey Sarayında keçirilən rəsmi mərasim zamanı fəxri qarovulun iki hərbçisi huşunu itirib.
Hadisə Fransa Prezidenti Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşü zamanı qeydə alınıb.
Slovakiya liderinin korteji sarayın qarşısına çatdıqdan sonra qarovul dəstəsinin üzvlərindən biri qəfil yerə yıxılıb. Mərasimdə iştirak edən fransalı rəsmilər dərhal müdaxilə edərək onu ərazidən uzaqlaşdırıblar.
Bu vaxt Pelleqrini avtomobildən düşərək Makronun onu qarşılamağını gözləyib.
Daha sonra yayılan görüntülərdə iki prezidentin saraya daxil olduğu zaman arxa tərəfdə ikinci qarovul üzvünün də huşunu itirmiş vəziyyətdə aparıldığı görünür.
Hər iki şəxsin hansı səbəbdən huşunu itirdiyi və hazırkı vəziyyətləri barədə hələlik məlumat verilməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)