ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var

12 Noyabr 2026 09:52

Nyu-York şəhərində üçmərtəbəli yaşayış binası çöküb.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılar arasında yeddi uşaq da var.

Son məlumata görə, xəsarət alanlardan dördünün vəziyyəti ağır, 12-nin vəziyyəti isə stabildir.

Hazırda ərazidə axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam etdirilir.

Nyu-York Polis Departamentinin sözçüsü bildirib ki, xilasedicilər dağıntılar altında neçə nəfərin qala biləcəyi barədə hələlik dəqiq məlumata malik deyillər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)