Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Milli.Az