Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq

12 Noyabr 2026 00:01

Milli.Az bu günün qoroskopunu təqdim edir.

Qoç
Bu gün emosiyalarınızın dalğalanmasına imkan verməyin. Səhər saatlarında xırda anlaşılmazlıqlar yaşana bilər, lakin günortadan sonra şəxsi və işgüzar həyatınızda müsbət dönüş baş qaldıracaq. Çətinliklərdən qorxmayın, əksinə, iradənizi nümayiş etdirin.

Buğa
Maliyyə və işgüzar danışıqlar üçün olduqca məhsuldar bir gündür. Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq. Amma uğurun başınızı gicəlləndirməsinə və lovğalığa qapılmağınıza imkan verməyin, sadəliyi qoruyun.

Əkizlər
Sakit və rutin bir gün sizi gözləyir. Qlobal yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil. Başınızı aşağı salıb gündəlik işlərinizlə məşğul olun, ətrafdakı boş dedi-qodulara isə əhəmiyyət verməyin. Sağlamlığınıza, xüsusilə daxili orqanların həssaslığına diqqət yetirin.

Xərçəng
Karyeranızda və ya iş üslubunuzda yenilik etmək üçün əla şansınız var. Bunun üçün ədalət prinsiplərinə sadiq qalmalı, həmkarlarınızdan üstün olmaq iddasından əl çəkməlisiniz. Kollektivdə komanda ruhu sizə qələbə qazandıracaq.

Şir
Bir qədər gərgin ola bilər. Səhhətinizdəki kiçik yorğunluq əhvalınıza təsir edə bilər. Maliyyə məsələlərində ehtiyatlı olun. Ətrafdakılarla münasibətləri gərginləşdirməmək üçün güzəştə getməyi bacarın.

Qız
Fiziki və mənəvi baxımdan yorğun ola biləcəyiniz bir gündür. Üzərinizə götürdüyünüz məsuliyyətin fərqində olun. İş yerində və ya ailədə xırda mübahisələrdən qaçın; səbirli olmaq bu gün sizin əsas silahınızdır.

Tərəzi
Günün ilk yarısı (xüsusilə saat 16:00-a qədər) gözlənilməz gərgin situasiyalarla yadda qala bilər. Etibar etmədiyiniz insanlarla sirrinizi bölüşməyin. Ünsiyyətdə seçici olun və hər eşitdiyinizə inanmayın.

Əqrəb
Ulduzlar maliyyə durumunuzun yaxşılaşacağına işarə edir. Lakin şəxsi münasibətlərdə qısqanclıq və ya fikir ayrılıqları yarana bilər. Sevdiyiniz insana qarşı daha anlayışlı olun, əsassız mübahisələrdən uzaq durun.

Oxatan
Enerjiniz yüksək olacaq. Planlaşdırdığınız işlər reallığa çevrilməyə başlayacaq. Azadlığınızı və yaradıcı potensialınızı ön plana çıxarın, lakin sağlamlığınız və qidalanma rejimiz diqqətdən kənarda qalmasın.

Oğlaq
Sevindirici xəbərlər və gözlənilməz işgüzar təkliflər yolunuzu gözləyir. Karyeranızda irəliləmək üçün yaxşı fürsət yaranacaq. Günün enerjisini təmkinlə dəyərləndirin, mənəvi rahatlıq tapmaq üçün sakit yerlərə üz tutun.

Dolça
Bütün diqqətinizi cari fəaliyyətinizə yönəldin. Pul və maliyyə əməliyyatları ilə bağlı planları başqa vaxta saxlayın. Uzaq səfərlərdən qaçın və bu günü daha sakit, planlı şəkildə başa vurun.

Balıqlar
Yaradıcı enerjiniz pik həddədir, lakin məişət və ünsiyyət məsələlərində həssas ola bilərsiniz. Doğmalarınıza qarşı daha mehriban və qayğıkeş olun. Qarşılıqlı hörmət problemlərin həllində açar rolunu oynayacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)