Pirşağı-Novxanı-Xırdalan avtomobil yolu Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistral yollarına çıxışını təmin edəcək.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20-30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.
Bununla yanaşı yeni yolla Xırdalandan Bakı-Şamaxı, Bakı-Quba magistral yollarına, Novxanı-Pirşağaya və əks istiqamətdə paytaxt ərazisinə daxil olmadan hərəkət mümkün olacaq.
Avtomobil Yolları Dövlət Agentliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəflinin sözlərinə görə, yol 6 hərəkət zolağından ibarət olacaq.
Anar Nəcəfli onu da bildirdi ki, yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasında yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının xidmət edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)