16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?

12 Noyabr 2026 04:04

Təxminən 16 min nəfərin yuxu qeydlərinin təhlil edildiyi araşdırma telefonların yuxularda olduqca nadir göründüyünü ortaya qoyub. Mütəxəssislər bu təəccüblü vəziyyətin arxasında duran səbəbləri açıqlayıblar.

Milli.Az xəbər verir ki, Yuxu və Yuxu Verilənlər Bazasındakı qeydlərə əsasən, mobil telefonlar yuxu təsvirlərinin yalnız yüzdə 1-də və ya 5-də öz əksini tapır. Üstəlik, bu cihazlar yuxulara daxil olduqda əsasən itmiş, xarab olmuş və ya istifadəyə yararsız halda qarşımıza çıxır.

Yuxu tədqiqatçısı Dr. Kelli Balkli bu vəziyyətin səbəbini insanların telefonun özünə deyil, telefon vasitəsilə əldə etdikləri şeylərə önəm verməsi ilə izah edir. Onun sözlərinə görə, istifadəçilər cihazın fiziki varlığından çox, ekran vasitəsilə gördükləri, eşitdikləri və digər insanlarla qurduqları əlaqə ilə maraqlanırlar. Bu səbəbdən mobil telefonun özü yuxularda emosional cəhətdən vacib ünsür kimi önə çıxmır.

Təxminən 16 min nəfərin iştirak etdiyi analizdə mobil telefonların qadınların yuxularının yüzdə 3.55-də, kişilərin yuxularının isə yüzdə 2.69-da yer aldığı müəyyən edilib.

Prof. Karolin Horton bu vəziyyəti izah edən nəzəriyyələrdən birinin "kompensasiya hipotezi" olduğunu bildirir. Bu hipotezə görə, gün ərzində yaşanan, lakin üzərində kifayət qədər dayandırılmayan hadisələr zənnin bunları emal etməyə davam etməsi səbəbindən yuxularda üzə çıxa bilir. Lakin gün boyu uzun müddət ekran qarşısında vaxt keçirən insanların eyni təcrübələri yuxuda yenidən yaşamasına ehtiyac qalmır.

Mütəxəssislərin diqqət çəkdiyi digər bir məqam isə beynin yuxu zamanı işləmə mexanizmidir. Beyin skanları yuxu zamanı məntiq və mühakimədən məsul bölgələrdəki aktivliyin azaldığını göstərir.

Prof. Hortonun sözlərinə görə, insanların yuxularında yazı yazdıqlarını və ya klaviatura istifadə etdiklərini danışmaları da olduqca nadirdir. Çünki bu cür hərəkətlər yuxu görən beynin qoruyub saxlamaqda çətinlik çəkdiyi məntiqi əməliyyatlar tələb edir. Nəticədə, telefonların yuxularda az görünməsi onların gündəlik həyatdakı istifadə tezliyindən deyil, daşıdıqları emosional mənadan və beynin yuxu zamanı işləmə biçimindən qaynaqlanır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)