Bakıda güclü yağışdan sonra Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyası yaxınlığında nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yağıntı nəticəsində küçədə suyun səviyyəsi yüksəlib, yolun bəzi hissələri keçilməz vəziyyətə düşüb.
Yaranmış vəziyyət piyadaların və sürücülərin hərəkətini çətinləşdirib.
Ərazidən görüntüləri təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)