“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu

11 Noyabr 2026 21:11

Sabah"ın polşalı futbolçusu Timoteuş Puxaç "Barselona"nın gənc ulduzu Lamin Yamal barədə danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polşalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində ispaniyalı ulduza qarşı keçirəcəyi oyundan söz açıb:

"Yamal yaxşı futbolçudur, möhtəşəm oyunçudur. Amma mən onu heyranlıqla izləmirəm. Ona qarşı oynamaqdan çəkinmirəm. Qarşımdakı Lionel Messi olsaydı, həyəcan keçirərdim. Çünki o, tamamilə başqa oyunçudur. Yamal dünyada ən yaxşılardan biridir. Ona qarşı oynamaq maraqlı olacaq". 

Qeyd edək ki, "Sabah" noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Barselona"nı qəbul edəcək. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)