Xəbər verdiyimiz kimi, bu gün Antalyada Ekspo Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sammitdə iştirak edən Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla səmimi görüş keçirib.
Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğan Sammitin kuluarlarında səmimi söhbət ediblər. Həmin anları təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)