"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" yaradıcılıq platforması çərçivəsində növbəti "PAYIZ ETÜDLƏRİ" adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur.
Layihənin əsas məqsədi böyüməkdə olan gənc nəsli təbiətlə təmasa təşviq etmək, ilin müxtəlif fəsillərində təbiətin əsrarəngiz gözəlliyini nümayiş etdirmək və ətraf mühitin qorunmasına maraq yaratmaqdır.
Sərgiyə payız fəslinin gözəlliyini, rəngarəngliyini və özünəməxsus xüsusiyyətlərini əks etdirən rəsm əsərləri qəbul olunur.
Tövsiyə olunan mövzular:
Sərginin təşkilatçıları:
Dəstəkçilər:
İştirak etmək istəyənlər aşağıdakı məlumatları və əsərlərinin fotosunu **[email protected]** elektron poçt ünvanına göndərməlidirlər:
Əsərin fotosu; Əsərin adı; Ölçüsü və istifadə olunan texnika; İştirakçının soyadı və adı; Təhsil aldığı məktəb və əlaqə nömrəsi; Təvəllüdü.
Təqdim olunan əsərlər arasından seçilmiş 100 əsər sərgidə nümayiş etdiriləcək. Sərgidə əsəri nümayiş olunan hər bir iştirakçıya sertifikat təqdim ediləcək.
Təşkilatçılar bildirirlər ki, sərginin mövzusuna və müəyyən edilmiş şərtlərə uyğun olan, tələb olunan məlumatları dolğun şəkildə təqdim edilmiş müraciətlərə üstünlük veriləcək.
"Ölkəmizin təbiətini əks etdirən, duyğu və düşüncələrin ifadəsi olan əsərlərinizi görmək istərdik!" - deyə təşkilatçılar gənc rəssamları yaradıcılıq sərgisində fəal iştirak etməyə dəvət edirlər.
Əlavə məlumat üçün:
Telefon / WhatsApp: 051-310-74-01
İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az.