Bu gün paytaxtın Nizami rayonu ərazisində - Babək prospekti üzərindəki körpüdə "BMW" markalı avtomobilin aşmasının görüntüləri yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.
Banı üzərində yola düşən avtomobil yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)