Pakistanın Xeyber-Paxtunxva əyalətinin Kohat rayonunda polis əməkdaşlarına silahlı hücum olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 polis əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.
Kohat polisinin sözçüsü Məhəmməd Numan Zebin məlumatına görə, silahlı şəxslər polis əməkdaşlarına atəş açıb, daha sonra beş polis avtomobilini yandırıblar.
Hücum Pakistanın şimal-qərbində, Xeyber-Paxtunxva əyalətində polis qüvvələrinə qarşı silahlı hücumların artdığı bir dövrdə baş verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)