Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq

11 Noyabr 2026 17:33

Bu gün Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)