Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)

11 Noyabr 2026 17:07

Aparıcı Samir Bayramlının doğum günü ilə bağlı açıqlaması müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, o, özəl günündə yanında olmayan bəzi sənət adamlarına iradını bildirib.

Bayramlı qeyd edib ki, ad gününə çox sayda insan qatılıb, lakin gözlədiyi üç sənət adamı məclisə gəlməyib. Aparıcının sözlərinə görə, həmin şəxslərin xoş günlərində hər zaman iştirak edib, onlara lazımi diqqəti göstərib.

O, qarşı tərəfdən də eyni münasibəti gözlədiyini, lakin bunun baş vermədiyini vurğulayıb.

Teleaparıcı fikirlərini bu sözlərlə tamamlayıb: "Nəmərimi kartıma göndərsinlər".

Aparıcının bu açıqlaması sosial şəbəkələrdə maraq doğurub və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)