"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı

11 Noyabr 2026 16:25

"Trabzonspor"un futbolçusu Aral Şimşir Türkiyə millisinin heyətindən çıxarılıb.

Milli.Az xəbər verir ki, məlumatI Türkiyə Futbol Federasiyası yayıb.

24 yaşlı yarımmüdafiəçi zədələnib.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqası çərçivəsində Belçika və Fransa ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)