Azərbaycan millisi 7 qol buraxdı

11 Noyabr 2026 16:18

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)