UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan qarşılaşmasını Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Milli.Az xəbər verir ki, D Liqasının oyununa FİFA referisi Kristo Tohver təyinat alıb.
Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Yonas Yanovits yerinə yetirəcək.
VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer çalışacaq.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)