Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)

11 Noyabr 2026 14:21

Aparıcı-aktyor Sərxan Kərəmoğlu qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi Gəncədə özü üçün məzar hazırlatdırıb, məqbərə inşa etdirib.

Kərəmoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, öz məzarının hazırlanmasına 25 il əvvəl başlayıb. Uzun müddətdir davam edən tikinti işləri artıq başa çatıb.

Sənətçi paylaşımında maraqlı fikirlər də səsləndirib:

"Heç öz qəbrini yuyub, təmizləyən görmüşdünüz? Amma son dayanacaq buradır".

Onun sağlığında özünə məzar qazdırması və məqbərə tikdirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi bu qərarı təəccüblə qarşılayıb, digərləri isə belə addımın nə dərəcədə doğru olduğunu müzakirə ediblər.

Qeyd edək ki, bu cür addımla gündəmə gələn yeganə tanınmış şəxs Sərxan Kərəmoğlu deyil. Daha əvvəl meyxanaçı Ağamirzə Məmmədov və müğənni Afət Fərmanqızı da sağlıqlarında özləri üçün məzar hazırlatdırmaları ilə diqqət çəkiblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)