Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)

11 Noyabr 2026 13:53

Müğənni Vəfa Şərifova şəxsi həyatı ilə bağlı paylaşımı ilə sosial şəbəkə izləyicilərinin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, sənətçi sevgilisinin doğum günü münasibətilə onunla birlikdə çəkilmiş görüntüləri izləyiciləri ilə bölüşüb. Paylaşımına ürək işarələri əlavə edən ifaçı qısa şəkildə "Ad günün mübarək" sözlərini yazıb.

Vəfanın paylaşımına gələn rəylər arasında maraqlı ifadələr də yer alıb. İzləyicilər onun sevgilisinə xitabən "Yeznə, ad günün mübarək!" yazaraq təbriklərini çatdırıblar. Müğənni isə şərhlərə ürək və təşəkkür emojiləri ilə qarşılıq verib.

Diqqətçəkən məqamlardan biri də odur ki, yayımlanan görüntülərdə Vəfa Şərifovanın sevgilisinin yalnız qolu görünüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)