Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

11 Noyabr 2026 10:19

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)