Paşinyan Türkiyəyə səfər edib

11 Noyabr 2026 09:06

Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 konfransında iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, işgüzar səfər çərçivəsində Türkiyəyə gedən Paşinyanı Antalya hava limanında Türkiyənin mədəniyyət nazirinin müavini Sərdar Çam qarşılayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)