Pol Makkartni milyarder oldu

11 Noyabr 2026 05:05

Əfsanəvi britaniyalı musiqiçi Pol Makkartni dünyanın ən varlı ifaçıları siyahısında üçüncü pilləyə yüksəlib.

Milli.Az xəbər verir ki, "The Beatles" qrupunun keçmiş üzvünün sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 1,4 milyard dollara çatıb.

84 yaşlı sənətçi bu göstərici ilə yalnız "Jay-Z" və Teylor Sviftdən geri qalır. Belə ki, reperin sərvəti 2,8 milyard, Teylor Sviftin isə 2 milyard dollar qiymətləndirilir. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)