Aktyor Elşad Süleyman ata olub. Sənətçinin ailəsinə yeni üzvlər qoşulub - onun əkiz övladları dünyaya gəlib.
Milli.Az xəbər verir ki, bu sevincli hadisə ilə aktyorun ailəsində uşaqların sayı dördə yüksəlib.
Qeyd edək ki, Elşad Süleyman 2019-cu ildə ailə qurub. O, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur. Sənətçi geniş tamaşaçı kütləsinə isə daha çox "Vicdan haqqı" serialında Fuad obrazını canlandırması ilə tanınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)