“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid

11 Noyabr 2026 02:02

Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömründən apardığı zamanı hesablayıb.

"Bu gün öz-özümə fikirləşirəm ki, gün ərzində 4-5 saat tıxacda qalıram. Və biləm ki, bu, hər kəsin ən zəif nöqtəsidir. Orta hesabla 3 saat götürsək, bir aya vuranda 90 saat edir. Bu rəqəmi də 12 aya vuranda 1080 saat alınır. 1080 saatı da 24 saata bölsək, 45 gün edir.

Əzrayıl gələndə xahiş etsək ki, bir dəqiqə vaxt ver, əzizlərimizlə sağollaşaq, inanın ki, bunu etməyəcək. Amma ildə ay yarımımız ömrümüzdən gedir. Bilmədən ömrümüz belə qısalır".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)