Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane ola bilər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son illər vitamin və bioloji aktiv qida əlavələrindən istifadə geniş yayılıb. Xüsusilə saç tökülməsi, dırnaq qırılması və dəri problemlərinə qarşı qəbul edilən preparatlar insanların gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin mütəxəssislər bildirirlər ki, bu əlavələrin nəzarətsiz istifadəsi təkcə sağlamlıq üçün risk yaratmır, həm də bir sıra xəstəliklərin düzgün diaqnoz qoyulmasına mane ola bilər.
Endokrinoloq Lamiyə Nəbibəyli bildirir ki, xüsusilə son dövrlər geniş istifadə olunan biotin tərkibli vitaminlər laborator analizlərin nəticələrinə təsir göstərə bilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)