Arıqladan dərmanlar görmə itkisinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyasının ( FDA ) nümayəndələri məlumat yayıblar.
Qeyd olunur ki, dərmanlar qeyri-arterial ön işemik optik neyropatiyanın inkişaf ehtimalını artırır.
"Bu, bir gözdə görmə itiliyinin qəfil, ağrısız azalmasına, o cümlədən görmənin tamamilə itirilməsinə səbəb ola biləcək nadir bir vəziyyətdir", - deyə məlumatda qeyd olunub.
Xəstəlik ağrı olmadan inkişaf edə bilər. Qida və Dərman Administrasiyası (FDA) arıqlama dərmanı istehsalçılarından məhsul məlumatlarına potensial ağırlaşmalar barədə xəbərdarlıqlar daxil etmələrini tələb edir.