Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)

10 Noyabr 2026 16:10

8 Noyabr - Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinəqızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmazbirliyimizin və tarixi Zəfərimizin təcəssümünə çevrilmiş möhtəşəm bir gündür. Bu əlamətdar tarix Vətən sevgisinin, xalqımızın iradəsinin və əzmkarlığının təntənəsi kimiyaddaşlarda əbədi yaşayır.

Zəfər Gününün ruhunu və təntənəsini musiqinin qüdrəti iləyaşatmaq məqsədilə M.Maqomayev adına Azərbaycan DövlətAkademik Filarmoniyasında baş dirijor Mustafa Aşurovun rəhbərliyi və Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilətəntənəli konsert keçirilib.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti XəyyamMəmmədov (kamança), Nurlana Abdullayeva, Vəfa Vəzirova, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Günel Hacıyeva, İdris Tağıyev (balaban) və Əvəzxan Əzizov solist qismində çıxış ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalqmahnıları səslənərək milli musiqimizin zənginliyini, ruhunu vəbədii qüdrətini nümayiş etdirib.

Musiqi dili ilə ifadə olunan Zəfər ruhu, milli qürur və Vətənsevgisi bu möhtəşəm konsertdə bir daha qəlblərdə əks-sədadoğurub. Zəfərimizin sevinci, qəhrəmanlarımızın əziz xatirəsi vəxalqımızın birliyi musiqinin gücü ilə bu əlamətdar günə xüsusiməna və duyğu qatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az